Menyu

İsveç millisinin baş məşqçisi istefa verdi

Əziz Əzizli
İsveç millisinin baş məşqçisi istefa verdi
1 dəq oxu

İsveç millisinin baş məşqçisi Yanne Andersson postunu tərk edib.

"Operativ Media" xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis AÇ-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə keçirilən oyundan sonra açıqlayıb.

O, final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib.

Andersson 2016-cı ildən skandinaviyalıları çalışdırırdı. 

Qeyd edək ki, Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç 10 xalla üçüncü, 7 xala malik yığmamız 4-cü yeri tutb. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıdakı qarşılaşmada isə Azərbaycan 3:0 hesablı qələbə qazanıb

Əlaqəli Xəbərlər