http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan yığması Avropa çempionatında rekord vurub

20 Noyabr 2023 , 16:01
Azərbaycan yığması Avropa çempionatında rekord vurub

Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub.

"Operativ Media" xəbər verir ki, yığmamız bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçularımız analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə çempionatda yeni rekorddur.

Bu yaş qrupunda Nicat Hüseynov (51 kq) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kq), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kq) qitə birinciliyinin qızıl medalına sahib olub.

U-22-lərin Avropa çempionatı, həmçinin qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandamızın heyətində Marjona Savriyeva (50 kq) 3-cü olmaqla, adını boks tariximizə yazdırıb.

Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Əzrək Bəbirov (57 kq) gümüş, Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) bürünc medal qazanıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan yığması liderliyi təmin etdi

Azərbaycan yığması liderliyi təmin etdi

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

"Qalatasaray"ın futbolçusunu qolu ÇL-də həftənin qolu seçildi - VİDEO

"Qalatasaray"ın futbolçusunu qolu ÇL-də həftənin qolu seçildi - VİDEO

XƏBƏR LENTİ
  • 10:08

    Türkiyə-Ermənistan Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır
  • 10:05

    Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub
  • 09:50

    AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
Menyu