http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vaqif Sadıqov: De Byazinin hərəkəti ilə bağlı ciddi tədbir görüləcək

20 Noyabr 2023 , 17:38
Vaqif Sadıqov: De Byazinin hərəkəti ilə bağlı ciddi tədbir görüləcək

AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “Avro-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib: “Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələ ilə bağlı ciddi tədbir görüləcək”.

Canni De Byazinin milli komandadakı gələcəyinə də toxunan AFFA rəsmisi müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı çox ciddi müzakirəyə ehtiyac olduğunu vurğulayıb: “Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. İcraiyyə Komitəsinin bununla bağlı verəcəyi qərarı gözləyəcəyik”.

Yığmanın Belçikaya 0:5 hesablı məğlubiyyətini də şərh edən V. Sadıqov komandanın seçmə mərhələdə ən zəif oyununu keçirdiyini söyləyib: “Qəbul etmək lazımdır ki, komandamız Belçika kimi güclü rəqiblə oynamağa fiziki və psixoloji cəhətdən hazır deyildi. Amma futbolçuların hər matçda zəif çıxış etdiyini söyləmək də düzgün deyil. Məsələn, İsveçlə oyunda 3:0 hesabı ilə qalib gəldiyimizi də unutmamaq lazımdır. Təəssüf ki, eyni performansı Belçika komandası ilə matçda göstərə bilmədik”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan yığması liderliyi təmin etdi

Azərbaycan yığması liderliyi təmin etdi

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

"Qalatasaray"ın futbolçusunu qolu ÇL-də həftənin qolu seçildi - VİDEO

"Qalatasaray"ın futbolçusunu qolu ÇL-də həftənin qolu seçildi - VİDEO

XƏBƏR LENTİ
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən
    22:14

    İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
Menyu