http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vanderson: "Kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız önəmlidir"

21 Noyabr 2023 , 11:59
Vanderson: "Kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız önəmlidir"

Misli Premyer Liqasının XIV turunda “Neftçi” ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

"Operativ Media" xəbər verir ki, millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasiləni lehinə dəyərləndirməyə çalışan Naxçıvan təmsilçisinin üzvü Vanderson klubun saytına hazırlıq və qarşıdan gələn oyunla bağlı danışıb:

“Neftçi” ilə oyunun hazırlığı davam edir. Komanda olaraq son iki oyundakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”.

Təcrübəli futbolçu “Sumqayıt” və “Kəpəz”lə görüşdəki yenilgilərin xüsusi qabardılmasını düzgün hesab etmir: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis oynayanda əksi baş verir. Razıyam, son iki oyunda imkanımızdan zəif çıxış etdik. Futboldur, bu da olur. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq, çox çalışmaq lazımdır. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq. Yenə deyirəm, bunu üçün çox işləməliyik”.

Braziliyalı dayaq yarımmüdafiəçisi “Neftçi” haqda da danışıb. O, komandaları adlarına və ya titullarına görə bölmək istəmədiyini deyib: “Başa düşürəm, “Neftçi” iddialı, köklü klubdur. Ancaq biz öz işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız, hazır olmağımız önəmlidir. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsantrasiya olmalıyıq”.

Vanderson zədəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, meydana çıxmaq üçün heç bir problemin qalmadığını, baş məşqçinin qərarını gözləyəcəyini bildirib. 

Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu noyabrın 26-da saat 15:30-da “Neftçi Arena”da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
"Bayern" Noyerlə müqaviləni yenilədi

"Bayern" Noyerlə müqaviləni yenilədi

Azərbaycan millisi Mərakeşə məğlub oldu

Azərbaycan millisi Mərakeşə məğlub oldu

Sərhədçi İdman Mərkəzinin rəisi: "Yarışın təşkili üçün dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb"

Sərhədçi İdman Mərkəzinin rəisi: "Yarışın təşkili üçün dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb"

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu