AFFA De Byazi ilə bağlı qərarını sabah açıqlayacaq
Əziz Əzizli
AFFA sabah Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.
"Operativ Media" "Report"a istinadən xəbər verir ki, noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı fövqəladə iclası keçiriləcək.
Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq. İclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net