"Difai Ağsu"nun ev oyunlarını keçirəcəyi stadion bəlli oldu
Əziz Əzizli
Bu mövsümdən etibarən Azərbaycan Birinci Liqasında çıxış edən “Difai Ağsu” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
"Operativ Media" xəbər verir ki, müraciətdə Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komandanın ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsi xahiş edilib.
Müraciətə cavab olaraq, Peşəkar Futbol Liqası təmir işləri yekunlaşanadək “Difai Ağsu” klubunun Şamaxı şəhər stadionunda çıxış etməsinə qərar verib
Teqlər:
"\"Difai A\u011fsu\"nun ev oyunlar\u0131n\u0131 ke\u00e7ir\u0259c\u0259yi stadion b\u0259lli oldu"