http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

"Dinamo"nun futbolçusu 4 oyunluq cəzalandı

23 Noyabr 2023 , 15:12
"Dinamo"nun futbolçusu 4 oyunluq cəzalandı

İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qusar” – “Şahdağ Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilib.

“Göygöl” – “Dinamo” oyununun 84-cü dəqiqəsində “Dinamo” klubunun 8 nömrəli futbolçusu Yusif Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Dinamo” klubu 300 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Sheki City” klubunun baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sheki City” klubu 150 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununun 90+5-ci dəqiqəsində “Kür-Araz” klubunun 17 nömrəli futbolçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Kür-Araz” klubu 150 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununda “Şəfa” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununun 76-cı dəqiqəsində “Şəmkir” klubunun 20 nömrəli futbolçusu Elcan Rəhimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şəmkir” klubu 150 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib

OXŞAR XƏBƏRLƏR
Serbiyada "Partizan" azarkeşləri baş məşqçiyə xəsarət yetirdilər

Serbiyada "Partizan" azarkeşləri baş məşqçiyə xəsarət yetirdilər

"Barselona"nın qapıçısı əməliyyat olundu

"Barselona"nın qapıçısı əməliyyat olundu

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

XƏBƏR LENTİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
  • 10:14

    Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
  • 10:10

    İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib
  • 10:05

    Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
  • 09:51

    Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
  • 09:40

    İsrailin şimalında yenidən hava hücumu sirenləri səslənib
  • 09:35

    KİV: Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb
Menyu