"Napoli"nin gürcü futbolçusunu daha bir klub istəyir
Əziz Əzizli
Ötən mövsüm "Napoli"nin çempionluq qazanmasında böyük pay sahibi olan Xviça Kvaratsxeliyanın adı Avropa nəhəngləri arasında hallanmağa davam edir.
"Operativ Media" ESPN-ə istinadən xəbər verir ki, "Mançester Siti", "Real Madrid", "Barselona" və "Nyukasl Yunayted"in gündəmində olan Kvaratsxeliya üçün "Çelsi" də mübarizəyə qoşulub.
"Çelsi"nin transfer həmləsinə komandanın mövsümü neçənci yerdə başa vuracağı və UEFA-nın FFP qaydalarının təsir edəcəyi vurğulanıb.
Bu mövsüm A Seriyasında və Çempionlar Liqasında ümumilikdə 15 matça çıxan Kvaratsxeliya 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Teqlər:
"\"Napoli\"nin g\u00fcrc\u00fc futbol\u00e7usunu daha bir klub ist\u0259yir"