Menyu

Dünya çempionu olan şahmatçı vətənə qayıdıb

Əziz Əzizli
Dünya çempionu olan şahmatçı vətənə qayıdıb
1 dəq oxu

İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi, Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

"Operativ Media" xəbər verir ki, şahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Əlaqəli Xəbərlər