Menyu

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Əziz Əzizli
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb
1 dəq oxu

Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə Azərbaycan boksçuları 4 medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, yığma üzvləri yarışı 2 qızıl və eyni sayda gümüş medalla başa vurublar. 

Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) qızıl medal əldə ediblər. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə isə (+80 kq) ikinci yeri tutublar.

Yarışda 5 ölkədən 200-dək idmançı iştirak edib

Əlaqəli Xəbərlər