Sambo üzrə Dünya Çempionatının vaxtı və yeri açıqlandı
Əziz Əzizli
Beynəlxalq Sambo Federasiyası (FIAS) 2024-cü ildə keçiriləcək dünya çempionatının tarixini və yerini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, yarış gələn il noyabrın 8-dən 10-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Xatırladaq ki, son çempionat Ermənistanda keçirilmişdi. Yarışlarda neytral statusda iştirak edən Rusiya idmançıları medal sıralamasında birinci olmuşdular. Ümumilikdə 18 medal (13 qızıl, 2 gümüş və 3 bürünc) qazanan ruslardan sonra ikinci yeri Özbəkistan, üçüncü yeri Qazaxıstan, Rumıniya və Belarus təmsilçiləri tutmuşdular.
Qeyd edək ki, sambo üzrə ilk dünya çempionatı 1973-cü ildə keçirilib. İlk doqquz turnir Beynəlxalq Güləş Federasiyasının himayəsi altında təşkil edilib. Ardınca isə Beynəlxalq Sanbo Federasiyası (FİAS) çempionatların təşkilatçısına çevrilib
Teqlər:
"Sambo \u00fczr\u0259 D\u00fcnya \u00c7empionat\u0131n\u0131n vaxt\u0131 v\u0259 yeri a\u00e7\u0131qland\u0131"