Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Operativ Media" xəbər verir ki, Baş nazir tviter paylaşımında Pakistandan idxal edilən düyünün 5 il müddətinə gömrük rüsumundan azad edilməsinin təsdiqlənməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“İki qardaş ölkənin avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığın və əlaqələrin təşviq edilməsi istiqamətində işləyəcək ", - Şahbaz Şərif qeyd edib.
I am thankful to H.E. @presidentaz Ilham Aliyev, President of Azerbaijan, for approving the tax exemption on the import of Pakistani rice for five years. Our two brotherly countries will work to promote economic cooperation & connectivity through road, rail & Gwadar port. 🇵🇰 🇦🇿
— Shehbaz Sharif (@CMShehbaz) November 26, 2022