Futbolda yeni qayda sınaqdan keçiriləcək - Narıncı Vərəqə
Əziz Əzizli
Beynəlxalq Futbol Assosiasiyası Şurası narıncı vərəqənin sınaqdan keçirilməsinə razılıq verib.
"Operativ Media" "The Athletic"ə istinadən xəbər verir ki, oyundan xaric qayda pozuntuları və xüsusi taktiki cərimələrdə narıncı vərəqə göstəriləcək və həmin oyunçu 10 dəqiqə müddətinə meydandan xaric edilərək "günah sandığı"nda oturacaq.
Gələn ay Səudiyyə Ərəbistanında keçiriləcək Klublararası Dünya çempionatı üçün sistem hazır olacaq. Sistem uğurla sınaqdan keçsə, növbəti mövsümdən etibarən geniş tətbiq olunacaq.
Narıncı vərəqə 2024-cü ilin 1 iyul tarixindən futbol qaydalarına daxil ola bilər.
Teqlər:
"Futbolda yeni qayda s\u0131naqdan ke\u00e7iril\u0259c\u0259k - Nar\u0131nc\u0131 V\u0259r\u0259q\u0259"