Menyu

"Çelsi"nin satışından əldə edilən gəlirin İsrailə verilməsi təklif edilib

Əziz Əzizli
"Çelsi"nin satışından əldə edilən gəlirin İsrailə verilməsi təklif edilib

"Çelsi"nin satışından əldə edilən 2,7 milyard  avro Roman Abromiçin söz verdiyi Ukraynaya deyil də, İsrailə verilə bilər.

"Operativ Media" "The Telegraph"a istinadən xəbər verir ki, rus milyarderə xəbər verilmədən bu təklifi edənin İsrail tərəfi olduğu bildirilir. 

Qeyd edək ki, bu pul Birləşmiş Krallıqdakı bir hesabda dondurulub və hələ də istifadə edilməyib.

Birləşmiş Krallıq və Avropa Birliyi bu variantı rədd edib və əvvəlcədən söz verildiyi kimi pulların Ukraynada müharibədən əziyyət çəkən insanlara verilməsini istəyib.

Bildirək ki, "Çelsi"nin köhnə sahibi 2018-ci ildə İsrail vətəndaşlığı almışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər