Menyu

"Qalatasaray" "Mançester Yunayted"lə sülhə razılaşdı

Əziz Əzizli
"Qalatasaray" "Mançester Yunayted"lə sülhə razılaşdı
1 dəq oxu

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, Okan Burukun baş məşqçisi olduğu komanda İngiltərə təmsilçisi "Mançester Yunayted"i qəbul edib.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.

A qrupunun digər görüşündə "Bavariya" Almaniyada "Kopenhagen"i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Əlaqəli Xəbərlər