Menyu

Daha 7 güləşçimiz mübarizəyə başlayır

Əziz Əzizli
Daha 7 güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 7 güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək. Medallar uğrunda 5 kişi və 2 qadın təmsilçimiz mübarizə aparacaq.

"Operativ Media" xəbər verir ki, məşqçilər korpusunun etimadını Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), Gültəkin Şirinova (53 kq) və Ruzanna Məmmədova (59 kq) doğrultmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər