Menyu

"Lerik"in futbolçusu: "Oyunun bitməyini gözləmədən xəstəxanaya getdim" - AÇIQLAMA

Əziz Əzizli
"Lerik"in futbolçusu: "Oyunun bitməyini gözləmədən xəstəxanaya getdim" - AÇIQLAMA

Dünən Azərbaycan Kuboku çərçivəsində keçirilən "Lerik" - "Sumqayıt" matçında 1-cilərin futbolçusu Rahid Ağazadə kobud oynayaraq rəqib futbolçu Kristiyan Velinovskinin ayağını sındırıb.

Bu haqda "Operativ Media"ya açıqlama verən Rahid Ağazadə rəqib futbolçunu bilərəkdən zədələmədiyini bildirib.

"Həmin epizoda baxsanız, görərsiniz ki, top ayağımdan qaçandan sonra reaksiya verməyə gecikirəm. Velinovski topu çəkəndən sonra zərbə ayağına gəlir. Qətiyyən bilərək edilən bir şey deyil".

Rahid Ağazadə matçın bitməyini gözləmədən xəstəxanaya yollandığını bildirib.

"Meydanı tərk etdikdən sonra matçın bitməyini gözləmədən xəstəxanaya yollandım. Həkimlərlə telefonla əlaqə saxlayıram. Velinovski əməliyyatdan çıxıb, hal-hazırda onun yanına gedirəm".

"AFFA-dan hansı cəzanı gözləyirsiniz?"-sualına isə futbolçu belə cavab verib.

"Məni hal-hazırda maraqlandıran futbolçunun əməliyyatı və tez bir zamanda məşqlərə geri qayıtmasıdır. İstəyirəm ki, azarkeşlər bilərəkdən etmədiyimi bilsinlər. İnşallah, Velinovskini tez bir zamanda yaşıl meydanlarda görərik".

Qeyd edək ki, "Lerik" "Sumqayıt"a 0-6 hesabı ilə məğlub olaraq Azərbaycan Kuboku ilə vidalaşıb.

Teqlər:

"\"Lerik\"in futbol\u00e7usu: \"Oyunun bitm\u0259yini g\u00f6zl\u0259m\u0259d\u0259n x\u0259st\u0259xanaya getdim\" - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər