FİFA reytinqi: Azərbaycan millisi 6 pillə irəlilədi
Redaksiya
FIFA milli komandaların reytinqini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan yığması 1174,22 xalla 114-cü sırada qərarlaşıb. Milli ötən siyahı ilə müqayisədə 6 pillə irəliləyib.
Azərbaycan millisi noyabrda Avro-2024-ün seçmə mərhələsində İsveçi məğlub edib (3:0), Belçikaya isə böyük hesabla uduzub (0:5).
113-cü sırada 1176,22 xalla Tayland, 115-ci sırada isə 1168,38 xalla Namibiya yer alıb.
Reytinq cədvəlinə 1855,2 xalla Argentina yığması başçılıq edir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net