http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Qurban Qurbanov: "Qışda 2 oyunçu transfer etmək istərdim"

01 Dekabr 2023 , 07:09
Qurban Qurbanov: "Qışda 2 oyunçu transfer etmək istərdim"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveç klubu “Molde” ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının oyununu şərh edib.

"Operativ Media" xəbər verir ki, 51 yaşlı mütəxəssis “Aker” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun gedişatına baxsaq, çox uğurlu nəticə oldu. Düşünürdüm ki, meydançaya tez uyğunlaşarıq, o qədər çətinliyimiz olmaz. Şükürlər olsun ki, futbolçular çətinliyə dözməyi bacardılar. Amma daha yaxşısını gözləyirdim.

Bir matçımız qaldı. Bakıdakı görüşə daha yaxşı şəraitdə hazırlaşacağıq. 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Son qarşılaşmada daha istəkli olmalıyıq. Bütün çətinliklərə baxmayaraq, futbolçular inamlarını itirmədilər”.

O, bəzi əvəzetmələrin plana uyğun aparılmadığını söyləyib: “Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Rəqibə də qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. İlk hissədə oyunun quruluşunda dəyişiklik olmuşdu. Sonradan meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Bir az balans pozuldu. Ancaq komandamızda əvəzetmədən mübarizəyə qoşulanlar istəkli və aqressiv oldular”.

Baş məşqçi son dəqiqədə gələn bərabərlik topunun onlara qarşıdakı görüşdə müsbət təsir edəcəyini vurğulayıb: “Son dəqiqələrdə buraxılan və vurulan qollar komandanın böyüməsi üçün vacibdir. Son dəqiqədə vurulan qol komandaya əlavə motivasiya verir. “Bayer”lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq təsir etmişdi. Son dəqiqə qolları böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Son matçda daha diqqətli və fəal olmalı, soyuqqanlı oynamalıyıq. Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etməyimiz bizi sevindirir. İnşallah, futbolçularımız bununla kifayətlənməzlər”.

Qurban Qurbanov qış fasiləsində heyəti gücləndirmək istədiklərini əlavə edib: “Bu gün çatışmazlıq bəlkə orta sahədə oldu. Həm Yankoviç, həm də Patrik yorulmuşdu. Düzdür, ehtiyatda Riçard Almeyda var idi. Amma Romaonun olmaması və Juninyonun da əvəzlənməsi planlarımızı pozdu. Qışda 2 oyunçu transfer etmək istərdim. Əlimizdə daha çox sağlam oyunçunun olması işimizi asanlaşdırar”.

Təcrübəli çalışdırıcı müdafiəçi Bəhlul Mustafazadənin son dəqiqələri hücumda keçirməsinə də münasibət bildirib: “Bakıdakı görüşdə də iki mərkəz müdafiəçimiz riskə gedərək, hücumda oynamışdı. Bəhlul kornerdən sonra da hücumda qaldı. Hətta bildirdim ki, geri qayıtsın. Ancaq top orada qaldığı üçün Bəhlul hücumda qaldı və bundan istifadə etdi”.

Qurban Qurbanov qrupun son qarşılaşmasının çətin olacağını deyib: “Bəzən son oyunlarda nəticəni əldən verdiyimiz anlar olub. “Hakken” qrupdakı bütün oyunlarında məğlub olub. İtiriləcək heç nələri yoxdur. Bura qələbə qazanmaq üçün gələcəklər. Həddən artıq istəkli olmağımız bizə mane ola bilər. Meydançada tapşırıqları düzgün icra etmək lazımdır. Rəqibin oyununa baxdıqdan sonra komandanı matça soyuqqanlı şəkildə hazırlamağa çalışacağıq”.

Baş məşqçi bunu karyerasının ən gərgin oyunu hesab etmir: “Daha həyəcanlı və gərgin oyunlarım çox olub. Bu gün o qədər də həyəcan yox idi, rahat idim. Düzdür, qalib gəlsəydik, burada hər şey həll oluna bilərdi. İndi isə hər şey son tura qaldı”.

OXŞAR XƏBƏRLƏR
AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA Premyer Liqa klublarını cərimələdi

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb

Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb

XƏBƏR LENTİ
  • 16:12

    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
  • 16:09

    Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb
  • 16:06

    Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır
  • 15:54

    Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir
  • 15:47

    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
  • 15:43

    İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb
  • 15:37

    AFFA Premyer Liqa klublarını cərimələdi
  • 15:34

    Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Menyu