http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycan çempionatının qalibləri bəlli oldu

01 Dekabr 2023 , 14:53
Azərbaycan çempionatının qalibləri bəlli oldu

Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

"Operativ Media" xəbər verir ki, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıb. Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.

İki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub. Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarovayla Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Türkan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.

Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb

OXŞAR XƏBƏRLƏR
AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA Premyer Liqa klublarını cərimələdi

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb

Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb

XƏBƏR LENTİ
  • 16:12

    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
  • 16:09

    Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb
  • 16:06

    Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır
  • 15:54

    Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir
  • 15:47

    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
  • 15:43

    İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb
  • 15:37

    AFFA Premyer Liqa klublarını cərimələdi
  • 15:34

    Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Menyu