http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Sərbəst güləş üzrə millimiz 5 qızıl medal qazandı

01 Dekabr 2023 , 15:00
Sərbəst güləş üzrə millimiz 5 qızıl medal qazandı

Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində davam edən tədbirdə qaliblərə kubok, tutduqları yerlər üzrə qızıl, gümüş, bürünc medallar və fəxri diplom təqdim edilib.

Çempionatın ikinci günü 7 güləşçimiz (5 kişi, 2 qadın) 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edərək Dövlət Himnimizi səsləndirib, zəfər bayrağımızı zirvəyə ucaldıblar.

Mübarizənin sonunda güləşçilərimiz Orxan Abbasov (79 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc, qadınlardan isə Ruzanna Məmmədova (59 kq) qızıl, Gültəkin Şirinova (53 kq) bürünc medal qazanaraq fəxri kürsüdə layiq olduqları yeri tutublar.

Bununla da Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatında kişilərdən ibarət sərbəst güləş üzrə millimiz 5 qızıl - Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), İbrahim Yusubov (92 kq), 1 gümüş - Ceyhun Allahverdiyev (61 kq) və 1 bürünc - Fərid Cabbarov (86 kq) medal qazanaraq dünya çempionu kubokunun sahibi olub.

İran millisi çempionatda ikinci, Türkiyə millisi isə üçüncü yerdə qərarlaşıb.

"Sərhədçi” İdman Mərkəzində davam edən, ölkəmizin 26 güləşçi ilə təmsil olunduğu çempionat dekabrın 3-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR
AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA Premyer Liqa klublarını cərimələdi

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb

Azərbaycanda “Xankəndi” Futbol Klubu yaradılıb

XƏBƏR LENTİ
  • 16:12

    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
  • 16:09

    Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb
  • 16:06

    Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır
  • 15:54

    Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir
  • 15:47

    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
  • 15:43

    İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb
  • 15:37

    AFFA Premyer Liqa klublarını cərimələdi
  • 15:34

    Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Menyu