Menyu

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

Əziz Əzizli
Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub.

"Operativ Media" əbər verir ki, yarışın üçüncü günündə daha iki idmançımız medal qazanıb.

Jalə Əliyeva (57kq) qızıl, Birgül Soltanova (62 kq) bürünc mükafata sahib olub.

Beləliklə, qadınlardan ibarət yığmamız medalların sayını 6-ya çatdırıb.

Yarışda ötən gün Ruzzana Məmmədova (49 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) bürünc, Gültəkin Şirinova (53 kq) bürünc medala sahib olublar.

Turnir dekabrın 3-dək davam edəcək

Teqlər:

"Az\u0259rbaycan\u0131n daha iki g\u00fcl\u0259\u015f\u00e7isi Bak\u0131dak\u0131 D\u00c7-d\u0259 medal qazand\u0131"

Əlaqəli Xəbərlər