Menyu

AVRO-2024: Final mərhələsinin püşkü atıldı

Əziz Əzizli
AVRO-2024: Final mərhələsinin püşkü atıldı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

"Operativ Media" xəbər verir ki, Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.

Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan,Lüksemburq,Yunanıstan, Qazaxıstan)

Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq

Teqlər:

"AVRO-2024: Final m\u0259rh\u0259l\u0259sinin p\u00fc\u015fk\u00fc at\u0131ld\u0131"

Əlaqəli Xəbərlər