Menyu

Şahruddin Məhəmmədəliyev oynadı, komandası məğlub oldu

Əziz Əzizli
Şahruddin Məhəmmədəliyev oynadı, komandası məğlub oldu
1 dəq oxu

Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor" doğma meydanda "Samsunspor" klubunu qəbul edib.

5 qolun vurulduğu matçda "Adana Dəmirspor" 2-3 hesabı ilə məğlub olub. Şahruddin Məhəmmədəliyev bu matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

Qeyd edək ki, bu, "Adana Dəmirspor"un bu mövsüm evində ilk məğlubiyyəti olub.

Əlaqəli Xəbərlər