"Qarabağ"ın rəqibi məğlubiyyətsiz oyunlar seriyasına davam edir
Əziz Əzizli
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb.
"Operativ Media" xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu komanda buna Bundesliqanın XIII turunda evdə Dortmund "Borussiya"sı ilə heç-heçə (1:1) etməklə nail olub.
Leverkuzen təmsilçisi rəsmi matçlarda son olaraq ötən mövsümün sonuncu turunda "Bohum"a məğlub olub - 0:3. "Bayer 04" dekabrın 6-da Almaniya Kubokunun 1/8 finalda "Paderborn"la üz-üzə gələcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net