Menyu

Azərbaycan həndbolçuları Gürcüstana gedir

Əziz Əzizli
Azərbaycan həndbolçuları Gürcüstana gedir
1 dəq oxu

18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün bu gün Gürcüstana yollanacaq.

"Operativ Media" xəbər verir ki, məqsəd növbəti Avropa çempionatına hazırlaşmaqdır.

Bir neçə gündür Bakıda fiziki və texniki-taktiki plan üzrə məşqlərdə iştirak edən U-18 hazırlığın ikinci mərhələsini Gürcüstanda keçəcək. Milli dekabrın 12-dək Tbilisidə baş tutacaq toplanış zamanı 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda Gürcüstanın U-18 və U-16 millilərinin hərəsi ilə iki dəfə üz-üzə gələcək.

U-18-lər arasında Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək

Əlaqəli Xəbərlər