Menyu

"Kopenhagen"nin futbolçusu Okan Burukun cavabını verdi

Əziz Əzizli
"Kopenhagen"nin futbolçusu Okan Burukun cavabını verdi

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının A qrupunda "Kopenhagen"lə "Bavariya"nın 0:0 hesablı heç-heçə etdiyi oyuna təəccüblənib. "Kopenhagen" cəbhəsindən Okan Buruka cavab gecikmədi.

"Operativ Media" xəbər verir ki, “Kopenhagen”in yarımmüdafiəçisi Rasmus Falk “Aarhus GF” matçından sonra Okan Buruka cavab verib: “Bavariya ilə bizim orada oynadığımız oyunla bağlı deyilən bu sözlər hər iki komandaya qarşı hörmətsizlik kimi görünür. "Bavariya" heç bir şəkildə geri çəkilən komanda təəssüratı yaratmadı".

Okan Buruk, "Kopenhagen"in daha əvvəl qrupdan çıxmasını təmin edən "Bavariya" ilə səfərdə 0:0 hesablı heç-heçə etməsi ilə bağlı bunları deyib: "Bavariya"nın "Kopenhagen"ə xal verməsi məyusedicidir. "Bavariya" ilk dəfə rotasiya etdi və sanki matçda çox da qazanmaq istəyirmişlər kimi oyun sərgiləmədilər".

Dekabrın 12-si Çərşənbə axşamı Çempionlar Liqasının A qrupunun 6-cı və son matçında Kopenhagen "Qalatasaray"ı qəbul edəcək.

Teqlər:

"\"Kopenhagen\"nin futbol\u00e7usu Okan Burukun cavab\u0131n\u0131 verdi"

Əlaqəli Xəbərlər