Menyu

"Udineze"nin hücumçu Kriştiano Ronaldonun qolunun eynisini vurdu - VİDEO

Əziz Əzizli
"Udineze"nin hücumçu Kriştiano Ronaldonun qolunun eynisini vurdu - VİDEO

“Udineze”nin forvardı Lorenzo Lukanın “Hellas Verona”ya vurduğu qol Kriştiano Ronaldonun “Yuventus”da vurduğu simvolik qolla tam eyni olub.

"Operativ Media" xəbər verir ki, İtaliya A seriyasında "Udineze"nin "Hellas Verona"nı qəbul etdiyi matç 3:3 hesablı bərabərliklə yekunlaşıb. Matçın 72-ci dəqiqəsində “Udineze”nin heyətində qol vuran Lorenzo Luka azarkeşlərə 2019-cu ildə Kriştiano Ronaldonun “Sampdoriya”ya başla vurduğu qolunu xatırladıb.

"Udineze" matçı Kristian Kabaselenin bir, Lorenzo Lukanın iki qolu ilə başa vurub, "Hellas Verona"nın qollarını isə Milan Duriç, Siril Nqone və Tomas Henri vurub. 3:3 hesablı heç-heçədən sonra "Udineze" 12 xalla 16-cı, "Verona" isə 10 xalla 18-ci pillədə qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər