Gəncə stadionunun istifadəyə veriləcəyi tarix bilindi
Əziz Əzizli
Təmirə bağlanan Gəncə şəhər stadionunun yenidən istifadəyə veriləcəyi tarix bəllidi.
"Operativ Media" Sport24.az-a istinadən xəbər verir ki, demək olar ki, yenidən qurulan arena 2024-cü ilin dekabrında qapılarını azarkeşlərin üzünə açacaq.
Gəncə şəhəri MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək. Bu səbəbdən ölkənin ikinci ən böyük şəhərinin stadionunda görüləcək işlərə dövlət qurumlarının nəzarəti altındadı.
Qeyd edək ki, III MDB Oyunlarının 2025-ci ilin yayında keçirilməsi planlaşdırılır
Teqlər:
"G\u0259nc\u0259 stadionunun istifad\u0259y\u0259 veril\u0259c\u0259yi tarix bilindi"