Menyu

Arda Gülər Bellinqemin xoş sözlərinə münasibət bildirib

Əziz Əzizli
Arda Gülər Bellinqemin xoş sözlərinə münasibət bildirib

"Real Madrid"in ulduzu Arda Gülər Cude Bellinqemin müsbət sözlərinə cavab verib.

Ardıcıl zədələr səbəbindən "Real Madrid"də rəsmi matça çıxa bilməyən Arda Gülər qısa müddətdə "Los Blankos"un ulduzlarını valeh edib.

Komandadakı futbolçular tez-tez gənc futbolçunun istedadlarından danışırlar. Cude Bellinqem də bu yaxınlarda milli futbolçunu tərifləyib.

İngilis yarımmüdafiəçi super solaxayla bağlı açıqlamasında, "Arda Gülər növbəti "Qızıl Oğlan" mükafatının sahibi ola bilər. Bu mövzuda üç ad çəkəcəyəm. Birinci Arda Gülər fenomenidir, onu məşqlərdə izləyirik və onun varlığından çox xoşbəxtik" deyə bildirib.

"Operativ Media" "Defensa Central"a istinadən xəbər verir ki, Arda Bellinqemin tərifli sözlərindən sonra ulduz futbolçuya eyni şəkildə cavab verib.

Gənc yarımmüdafiəçi həmyaşıdı ilə bağlı bunları deyib:

"O, topla dahidir. Meydandan kənarda  o, daha yaxşıdır"

"Real Madrid" La Liqanın 16-cı həftəsində dekabrın 9-da səfərdə "Real Betis"lə qarşılaşacaq.

Hələ zədəsini tam sağaltmayan Arda Gülərin bu matçda heyətdə yer alacağı gözlənilmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər