http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Fərid Qayıbov idmançılarla görüşüb

06 Dekabr 2023 , 10:58
Fərid Qayıbov idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca nazir “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Daha sonra Fərid Qayıbov beynəlxalq arenalardakı uğurlu çıxışa görə idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Atıcılıq, boks, cüdo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, batut gimnastikası, tamblinq, taekvondo, şahmat, kikboksinq, uşu, sumo, boccia, milli idman növləri, pankration, MMA, qrapplinq, bodibildinq və fitnes, kunq-fu, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
"Kəpəz" yeni transferini açıqladı

"Kəpəz" yeni transferini açıqladı

Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub

Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

XƏBƏR LENTİ
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
  • 19:53

    Bayden Rusiyaya qarşı müharibədə qələbə çalana qədər Ukraynanı dəstəkləyəcəyini vəd edib
  • 19:48

    Bayden BMT Baş Assambleyasında çıxış edib: HƏMAS və İsrail arasında müharibə bitməlidir
  • 19:45

    ANAMA rəsmisi NATO Nümayəndəliyi ilə görüş keçirib
  • 19:37

    İsrail hücumu zamanı Hizbullah komandiri Kubeysi öldürülüb
  • 19:32

    Ərdoğan: Fələstini tanımayan dövlətləri tezliklə tanımağa dəvət edirəm
Menyu