Menyu

Ən yaxşı baş məşqçilərin yeni reytinq cədvəli açıqlandı - Qurban Qurbanov irəlilədi

Əziz Əzizli
Ən yaxşı baş məşqçilərin yeni reytinq cədvəli açıqlandı - Qurban Qurbanov irəlilədi
1 dəq oxu

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

"Operativ Media" xəbər verir ki, siyahıda hazırda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan bir məşqçi ilə təmsil olunub.

15 ildir “Qarabağ”ı çalışdıran Qurban Qurbanov 1594 xalla 198-ci yerdədir. 51 yaşlı mütəxəssis ötən cədvəl ilə müqayisədə 1 pillə irəliləyib.

Qeyd edək ki, reytinqə 2193 xala malik “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir

Əlaqəli Xəbərlər