Menyu

Arda Gülər "Real Madrid"də bu ay debüt edə bilər

Əziz Əzizli
Arda Gülər "Real Madrid"də bu ay debüt edə bilər
1 dəq oxu

Zədəsini sağaldan Arda Güler yaxın günlərdə "Real"ın heyətində debüt edə bilər.

"Operativ Media" xəbər verir ki, məşqçilər korpusu türk yarımmüdafiəçiyə La Liqanın 17-ci turunun "Vilyarreal"la matçında şans verməyi planlaşdırır. Bu barədə " Diario AS" nəşri məlumat yayıb.

"Real" - "Vilyarreal" qarşılaşması 18 dekabr tarixində baş tutacaq.

Arda Güler "Real"a yayda "Fənərbaxça"dan transfer olunub. 18 yaşlı futbolçu zədədən əziyyət çəkdiyi üçün hələ "kral klubu"nun heyətində debüt edə bilməyib

Əlaqəli Xəbərlər