Menyu

FİFA-nın baş katibi liderlik mövzusunda seminar keçib

Əziz Əzizli
FİFA-nın baş katibi liderlik mövzusunda seminar keçib

Bu gün “Marriott Absheron” hotelində ölkəmizdə səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. 

"Operativ Media" xəbər verir ki, tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb. Daha sonra baş katib xanım əməkdaşlar və millimizin üzvlərinə liderlik mövzusunda seminar keçib. İnteraktiv şəkildə təşkil olunan seminarda F.Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.

Teqlər:

"F\u0130FA-n\u0131n ba\u015f katibi liderlik m\u00f6vzusunda seminar ke\u00e7ib"

Əlaqəli Xəbərlər