11 Dekabr 2023, 09:05
Ramil Şeydayev 8 oyunluq cəzalandırıldı
Ramil Şeydayev 8 oyunluq cəzalandırıldı şəkil
Ramil Şeydayev 8 oyunluq cəzalandırıldı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev ağır cəza ilə üzləşib.

"Operativ Media" xəbər verir ki, buna səbəb “Buriram Yunayted”in formasını geyinən futbolçunun Asiya Çempionlar Liqasında Çinin “Zhejianq” komandası ilə görüşdən sonrakı davranışı olub.

Belə ki, qarşılaşmadan sonra dava-dalaşda iştirak edən forvard 8 görüşlük diskvalifikasiya edilib. Şeydayevin komanda yoldaşları Leon Ceyms və Çitipat Tanklanqın cəzası isə 6 oyunluq olub. Ramilin döyüldüyü hadisəyə görə “Zhejianq”ın da 3 oyunçusu sanksiya ilə üzləşib.

Qeyd edək ki, H qrupu çərçivəsində keçirilən qarşılaşmada “Buriram Yunayted” səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olub

Son xəbərlər
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib