Menyu

Əliyar Ağayev "Mançester Siti"nin oyununa təyinat aldı

Əziz Əzizli
Əliyar Ağayev "Mançester Siti"nin oyununa təyinat aldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

"Operativ Media" xəbər verir ki, ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Dekabrın 13-də baş tutacaq qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Teqlər:

"\u018fliyar A\u011fayev \"Man\u00e7ester Siti\"nin oyununa t\u0259yinat ald\u0131"

Əlaqəli Xəbərlər