11 Dekabr 2023, 11:28
Abdullah Zubir "Qarabağ"da 50-ci qolunu vurdu
Abdullah Zubir "Qarabağ"da 50-ci qolunu vurdu şəkil
Abdullah Zubir "Qarabağ"da 50-ci qolunu vurdu

Abdullah Zubir “Qarabağ” klubunda 50-ci qolunu vurub. Yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

"Operativ Media" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb. Fransalı oyunçu Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.

Legionerin ilk qolu debüt etdiyi 2018/19 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.

Son xəbərlər
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər
ABŞ-də güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub