"Adana Dəmirspor" klubunun futbolçusunun müştəriləri artır
Əziz Əzizli
Türkiyə Super Liqası komandası "Adana Dəmirspor" klubunun türk futbolçusu Yusuf Sarı bu mövsüm gözəl oyunu ilə bir çox klubun diqqətini cəlb etməyi bacarıb.
"Operativ Media" xəbər verir ki, futbolçunu transfer etmək istəyən yerli və Avropa klubları var.
Türkiyədən "Beşiktaş" klubu oyunçunu həyətində görmək istəyir. Futbolçu üçün qarşı tərəfə 5 milyon avro təklif göndərildiyi bildirilir.
Yusuf Sarı ilə maraqlanan digər klublar isə Fransadandır. Liqa 1 komandalarından "Tuluza" və "Lion" da futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm Türkiyə Super Liqasında 13 matçda 5 assistlə yadda qalıb.
Teqlər:
"\"Adana D\u0259mirspor\" klubunun futbol\u00e7usunun m\u00fc\u015ft\u0259ril\u0259ri art\u0131r"