11 Dekabr 2023, 18:43
"Qarabağ" "Hakken"lə oyunöncəsi son məşqinin vaxtını açıqladı
"Qarabağ" "Hakken"lə oyunöncəsi son məşqinin vaxtını açıqladı şəkil
"Qarabağ" "Hakken"lə oyunöncəsi son məşqinin vaxtını açıqladı

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-də, saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

16:30-da isə “Azərsun Arena”da media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Per-Matias Hoqmonun saat 18:15-də başlayacaq mətbuat konfransı mərkəzi arenada reallaşacaq. İsveç təmsilçisi bundan yarım saat sonra oyun ərəfəsində axırıncı məşqinə çıxacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur

Son xəbərlər
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək
"SpaceX" kosmosa “NROL-57” casus peyki göndərib
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb