11 Dekabr 2023, 21:18
"City Football Group" Türkiyə klubunun səhmlərini alır

“Mançester Siti”nin də sahibi olan “City Football Group” səhmlərin alınması üçün "Başakşəhər"lə razılığa gəlib.
"Operativ Media" xəbər verir ki, "City Group" "Başakşəhər"i almaq üçün rəsmi təklif edib və danışıqlara başlayıb. Bu gün gündəmə gələn xəbər isə danışıqların müsbət yekunlaşmasıdır.
"City Football Group"un hazırda 11 ölkədə 13 klubu var. Qrupun ən önəmli komandası “Mançester Siti”dir.
Bundan əlavə Avstraliyada "Melburn", Hindistanda "Mumbay", ABŞ-də "Nyu York", Uruqvayda "Montevideo", Braziliyada "Bahia", İtaliyada "Palermo", Fransada "Troyes", Belçikada "Lommel", İspaniyada "Girona", Çində "Sichuan Jiuniu", Yaponiyada isə "Yokohama Marinos" klubu "City Football Group"a məxsusdur.