Menyu

Türkiyədə hakimi döyən klub prezidenti və daha 2 nəfər həbs edildi

Əziz Əzizli
Türkiyədə hakimi döyən klub prezidenti və daha 2 nəfər həbs edildi
1 dəq oxu

Türkiyə Super Liqasında "Ankaragücü" "Rizəspor" matçından sonra meydana daxil olaraq hakimi döyən 3 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, saxlanılanlar arasında Ankara klubunun prezidenti Faruk Koca da var.

Qeyd edək ki, şübhəlilər “dövlət vəzifəlisinə ictimai vəzifəsi ilə əlaqədar idman meydançasında sınıqla nəticələnən xəsarətlər yetirmək” ittihamı ilə həbs ediliblər.

Əlaqəli Xəbərlər