Menyu

Türkiyə Super Liqasında hakimlər qərarlarını verdilər

Əziz Əzizli
Türkiyə Super Liqasında hakimlər qərarlarını verdilər

Superliqada keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra meydan sahiblərinin sabiq prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Melərə yumruq zərbəsi vurmuşdu.

"Operativ Media"  "Sabah"a istinadən xəbər verir ki, hakimlər  qalmaqallı hadisə ilə bağlı qərarını verib.

Matçlara getməmək qərarına gələn hakimlərin radikal qərarların veriləcəyini gözlədikləri vurğulanıb.

Səlahiyyətli qurumların qərarlarını gözləyən hakimlər “Əgər radikal qərarlar yoxdursa, biz burada deyilik” dedikləri bildirilir.

Xəbərdə hakimlərin “Lazım gəlsə, əcnəbi hakimlər gətirsinlər, onlar idarə etsinlər” fikrində olduqları bildirilib.

Teqlər:

"T\u00fcrkiy\u0259 Super Liqas\u0131nda hakiml\u0259r q\u0259rarlar\u0131n\u0131 verdil\u0259r"

Əlaqəli Xəbərlər