13 Dekabr 2023, 12:16
"Uels" klubuna ağır cəza verildi
"Uels" klubuna ağır cəza verildi şəkil
"Uels" klubuna ağır cəza verildi

2022/23 mövsümündən etibarən uyğun olmayan oyunçuları oynatmaqda, maaşları ödəməməkdə və heyət qeydiyyatı qaydalarına düzgün əməl etməməkdə günahlandırılan "Pontypridd United"   141 xal silmə cəzası aldı.

 "Operativ Media " xəbər verir ki, bu mövsüm üçün 6 xalın silinəcəyi açıqlansa da, pozuntunun 2024/25 mövsümünün sonuna qədər təkrarlanacağı təqdirdə 135 xallıq cəzanın da qüvvəyə minəcəyi bildirilib.

Uels Futbol Federasiyasından verilən açıqlamada, "Pontypridd United"ə qarşı təhqiqat oyunçuların müqavilə pozuntularından şikayət etməsindən sonra başladılıb. İstintaqın sonunda kluba cəza verilməsinə qərar verilib" deyə bildirilib.

Araşdırmalarda "Pontypridd United"in 18 dəfə qaydaları pozduğu bildirilib. Uels komandasının futbolçulara müqavilə hüquqlarını vermədiyi və borclarını ödəmədiyi bildirilib.

Təhqiqatdan əvvəl "Pontypridd United" Uels Kubokundan qovulmuş və digər yerli kubokda, Nathaniel MG Kubokunda mübarizə aparmağa icazə verilmişdi.

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu