Yuri Matias: "Meydanda canımı qoyacam ki, "Neftçi" qələbə qazansın"
Əziz Əzizli
"Neftçi"nin futbolçusu Yuri Matias Misli Premyer Liqanın 17-ci turunda "Qarabağ"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
"Operativ Media" xəbər verir ki, braziliyalı futbolçu bu gün keçirilən mətbuat konfransında bildirib ki, həm klub, həm də azarkeşlər üçün bu oyunun əhəmiyyətini bilir
28 yaşlı mərkəz müdafiəçisi xatırladıb ki, bu mövsüm artıq bir dəfə “Qarabağ”la qarşılaşıblar.
"Bizim üçün də maraqlı oyundur. Hər bir futbolçu istəyir ki, güclü rəqiblə üz-üzə gəlsin. Rəqib güclüdür. Amma biz də “Neftçi”yik və heç kimdən çəkinmirik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Müdafiəçi üçün qol sözü vermək çətindir. Amma söz verirəm ki, meydanda canımı qoyacam ki, “Neftçi” qələbə qazansın" - deyə o qeyd edib.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu dekabrın 18-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq
Teqlər:
"Yuri Matias: \"Meydanda can\u0131m\u0131 qoyacam ki \"Neft\u00e7i\" q\u0259l\u0259b\u0259 qazans\u0131n\""