Menyu

"Qalatasaray" PSJ-nin müdafiəçisini istəyir

Əziz Əzizli
"Qalatasaray" PSJ-nin müdafiəçisini istəyir
1 dəq oxu

Türkiyə Super Liqası komandası "Qalatasaray" sol cinah mövqeyini gücləndirmək istəyir.

"Operativ Media" xəbər verir ki, yayda icarəyə götürdüyü Ancelinonun oyunundan narazı qalan "sarı-qırmızılı" klub qış transfer pəncərəsində yeni sol cinah müdafiəçisi almaq istəyir.

"Qalatasaray"ın o mövqeyə transfer etmək istədiyi futbolçular arasında PSJ-nin 31 yaşlı müdafiəçisi Layvin Kurzava da var.

Fransız futbolçu ilə "Qalatasaray"la yanaşı İtaliya Seria A klubları da maraqlanır.

Əlaqəli Xəbərlər