“İxracat və Ticarət Forumu-2022” (TEF-2022) keçirilir

Operativ Media
“İxracat və Ticarət Forumu-2022” (TEF-2022) keçirilir

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “Ticarət və İxracat Forumu-2022” (TEF-2022) keçirilir.

"Operativ Media" xəbər verir ki, Əsas məqsədi yerli və xarici ixracatçıların yeni bazarlara giriş imkanlarının genişləndirilməsi olan forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları”, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən 3 panel keçiriləcək.


Forumda “ixracatda və idxalatda dövlətin funksiyası” mövzusuna həsr olunmuş birinci paneldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahid Bağcı, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev çıxış etdi. KOBSKA-nın sədri Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan paneldə dövlət siyasəti, perspektivlər və imkanlar haqqında təqdimatlar dinlənildi, sahibkarların sualları cavablandırılacaq. 


Tədbirdə ümumilikdə müxtəlif sahədə fəaliyyət göstərən, ixracat və idxalatla məşğul olan 200-dən artıq sahibkar iştirak edir.


Qeyd edək ki, forum ənənəvi xarakter daşıyır və hər il keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər