Menyu

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

Əziz Əzizli
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması ilə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib:

"Operativ Media" xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:

“Ardıcıl 10 ildir ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ” daha bir tarixi uğura imza atmaqla hamımızı sevindirdi. Təmsilçimiz Avropanın adlı-sanlı, köklü klublarını qabaqlamaqla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. İnanıram ki, “Qarabağ”ın Avropanın ikinci nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanması ölkə futbolunun gələcək inkişafına öz töhfəsini verəcək. “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini, bu uğurda əməyi olan hər kəsi futbol ictimaiyyəti adından təbrik edirəm. UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər