"Qalatasaray" nigeriyalı yarımmüdafiəçi ilə maraqlanır
Əziz Əzizli
Türkiyə Super Liqası komandası "Qalatasaray" heyətinə yeni futbolçu cəlb etmək istəyir.
"Operativ Media" xəbər verir ki, yayda heyətinə qatdığı Kerem Demirbaydan istədiyi performansı ala bilməyən "sarı-qırmızılı" klub o mövqeyə yeni transfer həyata keçirmək istəyir.
"Qalatasaray" istədiyi futbolçunu Belçikada tapıb. İstanbul təmsilçisi "Klub Brüc"ün nigeriyalı yarımmüdafiəçisi Rafael Onyedika ilə maraqlanır.
22 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur.