15 Dekabr 2023, 11:38
Bakı Metropoliteni Xankəndidəki oyunla bağlı məlumat yaydı
Bakı Metropoliteni Xankəndidəki oyunla bağlı  məlumat yaydı şəkil
Bakı Metropoliteni Xankəndidəki oyunla bağlı məlumat yaydı

Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ”la MOİK arasında Xankəndidə keçiriləcək oyuna görə Bakı metropoliteninin iş qrafikində dəyişiklik olub.

"Operativ Media" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciəti və.Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağı nəzərə alınaraq, dekabrın 21-də Bakı metropoliteninin bütün stansiyaları səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq. 

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metropoliteninin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.

Qeyd edək ki, "Qarabağ" - MOİK oyunu dekabrın 21-də keçiriləcək.

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu