15 Dekabr 2023, 14:34
İngiltərə Premyer Liqasında bir ilk yaşanacaq
İngiltərə Premyer Liqasında bir ilk yaşanacaq şəkil
İngiltərə Premyer Liqasında bir ilk yaşanacaq

Premyer Liqanın 18-ci həftəsində "Kreyven Kottec Stadium"da oynanılacaq "Fulhem" - "Bernli" matçını izləyənlər mühüm məqama şahidlik edəcəklər.

"Operativ Media" xəbər verir ki, dekabrın 23-də keçiriləcək görüşdə iştirak edəcək Rebekka Uelç İngiltərədə tarix yazacaq. Uelç Premyer Liqada bir matç idarə edən ilk qadın hakim olacaq. Rebekka Uelç karyerasında daha əvvəl yeni zirvələrə imza atmışdı. 2010-cu ildə başlayan hakimlik karyerasında Uelç Premyer Liqanın aşağı liqası olan Çempionatda ilk qadın hakim olmuşdu.

 40 yaşlı hakim "Fulhem" - "Mançester Yunayted" matçında dördüncü hakim kimi Premyer Liqa hakimlər briqadasının ilk qadın hakimi olub. Rebekka Uelç builki Qadınlar arasında Dünya Kubokunda da hakimlik edib.

Uelçdən üç gün sonra yaşıl meydanlar daha bir ilkin şahidi olacaq. Sam Allison son 15 ildə matçı idarə edən ilk qaradərili hakim olacaq. Allison dekabrın 26-da "Şeffild Yunayted"in "Luton Taun"la oyununda fit çalacaq.

Son xəbərlər
Olaf Şolts hökuməti rəsmi olaraq istefa verib
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58